SEPAH: ABŞ və İsrail səfirlərini öz ərazisindən çıxaran ölkələrin gəmiləri Hörmüz boğazından keçə biləcək
10.03.2026

ABŞ və İsrail səfirlərini öz ərazisindən çıxaran ölkələrin gəmiləri Hörmüz boğazından keçə biləcək.

Visiontv.az  APA -ya  istinadən  xəbər verir ki,  bu barədə  İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Məlumata görə,  ABŞ  və  İsrail səfirlərini öz ərazisindən çıxaran ərəb və ya  Avropa ölkələrinin gəmiləri  Hörmüz boğazından keçmə hüququna malik olacaq.

Qeyd edək ki,  ABŞ, İsrail və  İran arasında müharibə başlayandan bəri  Hörmüz boğazında gəmilərin hərəkəti iflic olub.

visiontv.az