Şünki siyasi institutlar işləkdir, siyasi partiyalar güclüdür, media azadlığı pis-yaxşı var, cəmiyyət diridir, siyasiləşmiş vətəndaşlar, ideoloji qruplar var.
Müxalifətin indiki durumda ən çox israr etdiyi məsələ erkən seçkilər ola bilər, AKP isə erkən seçkilərə yaxın 2 ildə getmək istəmir, buna dirənəcək. Türkiyədə hakimiyyət ancaq “sandıqla” dəyişə bilər, belə də olacaq. İndi söhbət ondan gedir ki, əgər yaxşın 2 ildə seçki olmayacaqsa, İmamoğlunun reytinqini indiki kimi yüksək saxlamaq mümkün olacaqmı, yoxsa AKP-nin sübutlarla, bəzən isə uydurmalarla onu etibarsızlaşdıra biləcəkmi – əsas məsələ budur.
AKP ona görə indi hərəkətə keçdi ki, seçkiyə bir neçə ay qalmış əsas namizədə qarşı atılan addımlar onu birbaşa hakimiyyətə daşımaq olardı, amma indi, təxminən, 2 illəri var ki, həm İmamoğlunun reytiniqi sala, həm də müxalifət daxilində oyunlar qura bilsinlər.
Bir şeyi də unutmayaq – istənilən ölkədə, hətta ən demokratik ölkələrdə belə, iqtidarların həmişə ciddi üstünlükləri olur, bu üstünlükləri realizə etmək üçün isə zaman lazımdır. Əgər AKP bu zaman kəsimində, məsələn, “kürd məsələsini”, terroru bitirə bilsə, ciddi üstünlük qazanacaq, iqtisadiyyatda düzəlmə yaşansa, dəstək əldə edəcək. Yeri gəlmişkən, indiki durumda ən obyektiv indikatorlardan biri iqtisadiyyat olacaq – bu gün artıq birja az da olsa yüksəlir, dollar sabitləşib, əgər səhm və valyuta bazarında sabitliyi yarada bilsələr, bu da AKP üçün üstünlük yaradan faktora çevrilə bilər.
Amma, əgər müxalifət doğru-düzgün davrana bilsə, daxildən xainliklərlə üzləşməsə, parçalanmalar olmasa, 2 il də reytinqi yüksək saxlamaq və növbəti seçkilərdə qalib gəlmək olar.
O ki qaldı Türkiyə-Azərbaycan münasibətlərinə, mən əminəm ki, hər iki ölkədə hakimiyyətdə kimin-kimlərin olmasından asılı olmayaraq müttəfiqliyimiz, ittifaqımız davam edəcək, hətta, daha da güclənəcək. Çünki, dünyada nadir görünən orqanik, hədəflərin üst-üstə düşdüyü bir ittifaq var – hər iki qardaş ölkənin gələcəyi bu müttəfiqliyin möhkəmlənməsini diktə edir...
Natiq Cəfərli
visiontv.az