Avstraliyanın İrandakı keçmiş səfiri sui-qəsdin hədəfi olub
30.03.2025

Avstraliyanın SBS telekanalı İranda sızdırılmış məhkəmə sənədlərinə istinadən xəbər verir ki, Avstraliyanın Tehrandakı keçmiş səfiri 2019-cu ildə Tehranda sui-qəsd cəhdinin hədəfi olub.

Telekanalın məlumatına görə, Kamran adlı İran vətəndaşı əvvəlcə Avstraliyanın Tehrandakı səfirliyinə “Molotov kokteyli” ilə hücum edib, daha sonra isə İan Biggsi ö*dürmək niyyətində olub.

Kamran hücumdan əvvəl həbs edilib və 17 ay həbs cəzasına məhkum edilib, lakin 2020-ci ildə şərti azadlığa buraxılıb.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8