IRNA xəbər verir ki, bu gün İranın ali rəhbərinin müşaviri Əli Laricani ABŞ ilə başlanan danışıqlar prosesin hiss olunan nəticələr əldə edəcəyini düşünürmü sualına cavab olaraq deyib: “İnşallah, nəticə əldə edəcəyik və ümidliyik”.
Əli Laricaninin sözlərinə görə, hər iki tərəf danışıqların şərtlərini qəbul etməlidir.
ABŞ prezidentinin İrana qarşı təhdidləri ilə bağlı başqa bir müxbirin sualına cavab olaraq Laricani deyib: “Bir şey etmək istəyən adam o qədər də danışmır”.
visiontv.az