Pakistan-Azərbaycan əlaqələrinin gücləndirilməsi İslamabad üçün prioritet olaraq qalır
Pakistan-Azərbaycan əlaqələrinin gücləndirilməsi İslamabad üçün prioritet olaraq qalır
30.03.2025 Elxan Şahinoğlu Tərəfindən

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar rəhbəri olduğu qurumun iclası zamanı deyib ki, Pakistan-Azərbaycan əlaqələrinin gücləndirilməsi İslamabad üçün prioritet olaraq qalır.

Nazir iki ölkə arasında iqtisadi artımı və inkişafı təşviq edən effektiv investisiya layihələrinin həyata keçirilməsinin sürətləndirilməsi üçün tapşırıqlar verib. Azərbaycan Pakistanda müxtəlif layihələrə təxminən 2 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələr və ticarət mübadiləsinin həcmi strateji müttəfiqliyin gerisində qalıb. Ona görə də həqiqətən həmin 2 milyard dolların effektiv layihələrə xərclənməsi vacibdir. Bu iki ölkə arasında ticarət mübadiləsinin həcminə müsbət təsir etməklə yanaşı, yeni ortaq layihələrin reallaşmasına yol açar.

Elxan Şahinoğlu

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8