Təbriz və Zəncanda həftə sonu üç məhkum asılıb
15.02.2025

Hüquq müdafiəçiləri keçən bir həftə ərzində İranın Şərqi Azərbaycan, Zəncan, Mazəndəran və Kirmanşah vilayətlərində biri qadın olmaqla 6 məhkumun ölüm cəzasının icra edildiyini bildiriblər.

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupu 33 yaşlı Şəhram Mənafzadə və 29 yaşlı Fərhad Abduli adlı məhkumların bazar günü səhər saatlarında Təbrizin mərkəzi həbsxanasında dar ağacından asıldığını yazıb.

“Bu iki məhbus eyni məhkəmə işində təcavüzdə (zorlama) təqsirli bilinərək edam cəzasına məhkum edilmişdilər. Onlara edamdan əvvəl ailə və yaxınları ilə son dəfə görüşmələrinə icazə verilib,” hüquq müdafiə qurumu bildirib.

Zəncanda isə 50 yaşında məhbus Əli Rzayinin edam hökmü şənbə günü şəhərin mərkəzi həbsxanasında icra edilib. IHR qrupunun xəbərinə görə, əslən Takistan şəhərindən olan Rzayi narkotik maddə qaçaqmalçılığı ittihamı ilə mühakimə olunmuşdu.

Visiontv.az