Paşinyan: TRIPP layihəsi icra mərhələsinə keçir
15.04.2026

“Azərbaycan dəmir yolunun Ermənistana açılması ilə bağlı tarixi hadisə baş verməsəydi Hörmüz boğazı ətrafında yaranmış böhran yanacaq qiymətləri, inflyasiya və tədarük baxımından Ermənistanın vətəndaşlarına və iqtisadiyyatına daha güclü şəkildə təsir edərdi”.

 Bunu  Ermənistanın Baş naziri  Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Ermənistan lideri bərqərar olan sülh nəticəsində  Azərbaycan ərazisindən açılan dəmir yolu əlaqəsinin və ticarət əlaqələrinin ölkəni rifahına müsbət təsir göstərdiyini qeyd edib.

Eyni zamanda, Paşinyan qeyd edib ki, beynəlxalq vəziyyətin mürəkkəb olmasına baxmayaraq, ABŞ, Ermənistan və  Azərbaycan hökumətləri regional kommunikasiyaların  bərpasını və TRIPP layihəsinin həyata keçirilməsini prioritet vəzifə hesab edirlər.

visiontv.az