Bilmirəm sizdə olurmu, amma hər dəfə bir yerdən səyahətdən qayıtdıqdan sonra ordan gətirdiyim nəsnələri atmaq istəmirəm. Sanki o yerdən bir xatirə parçası kimi gəlir mənə. Buna emosional ankraj deyilir. Emosional ankraj insan beyninin obyektlərə yalnız maddi deyil, həm də simvolik məna yükləməsi ilə bağlıdır.
Bu zaman sadə bir əşya, məsələn, bilet, qablaşdırma və ya suvenir konkret bir məkan, zaman və yaşanmış hisslərlə assosiasiya olunur. Beyində bu proses əsasən yaddaş və emosiyalara cavabdeh olan limbik sistem vasitəsilə formalaşır. Nəticədə obyekt artıq funksional dəyərini itirsə də, emosional dəyəri qorunur və hətta zamanla arta bilər.
Bu fenomen həm də “itkiyə qarşı həssaslıq” ilə əlaqəlidir. İnsan yalnız əşyanı yox, onun daşıdığı xatirəni itirməkdən çəkinir. Buna görə də bəzi əşyaları atmaq çətin olur. Əslində isə biz o əşyaları deyil, keçmişin hisslərini qorumağa çalışırıq.
Neandertal
visiontv.az