İranın Əfqanistanla sərhəd bölgəsi Zabolda silahlı şəxslərlə sərhədçilər arasında qarşıdurma olub.
Bu barədə Zabol Sərhəd Mühafizəsinin komandiri Əliəkbər Cavidan deyib.
Onun sözlərinə görə, Əfqanistandan İrana keçmək istəyən silahlı qrupla atışma nəticəsində 6 silahlı şəxs öldürülüb.
Öldürülənlərin kimliyi və hansı qruplaşmaya bağlı olduqları haqda məlumat verilməyib.
visiontv.az