TankerTrackers şirkəti həftəsonu ərzində Yaxın Şərqdə “qaranlıq” gəmidən-gəmiyə neft transferlərinin kəskin artdığını müşahidə etdiyini bildirib.
Şirkət X platformasında paylaşdığı məlumatda qeyd edib: “Bu həftəsonu Yaxın Şərqdə çoxlu sayda gizli gəmidən-gəmiyə neft transferləri həyata keçirilib. Bu, İran nefti deyil. Əksinə, söhbət İranın ərəb qonşularından gələn neftdən gedir.”
Şirkətin qiymətləndirməsinə görə, bu gizli daşımalar regiondakı gərginliyin davam etməsinə baxmayaraq, qlobal neft bazarlarında təzyiqin azalmasına kömək edir.
“Hazırda neftin qiymətinin barel üçün 200 dollara çatmamasının səbəblərindən biri də budur”, – deyə şirkət əlavə edib.
visiontv.az