SEPAH-ın keçmiş zabiti İranla bağlı şok açıqlamalar verdi
19.03.2025

Cavad adlı sabiq SEPAH zabiti İsrailin N12 telekanalına müsahibəsində 2022-ci ildə İrand xalq etirazlarının yatırılmasından, eləcə də Tehranda HƏMAS-ın keçmiş lideri İsmayıl Həniyənin öldürülməsindən danışıb.

Onun sözlərinə görə, “Mossad” HƏMAS liderinin harada qaldığını, həbelə onun otaq nömrəsini də dəqiq bilirdi. Zabit bildirib ki, bu, İsrail kəşfiyyatının SEPAH-a nə dərəcədə sızdığını göstərir.

Keçmiş SEPAH üzvü qeyd edib ki, Suriyada Bəşar Əsəd rejiminin devrilməsi İrana ən böyük zərbə idi. Əsəd rejiminin süqutuna toxunan Cavad “İsrailin sistematik olaraq İranın dəstəklədiyi əsas fiqurları hədəfə aldığını” vurğulayıb. O, qeyd edib ki, ölkədə korrupsiya kəskin şəkildə artıb və insanlar oyanmağa, İslam Respublikasının əsl üzünü görməyə başlayıb.

visiontv.az