Şəhid oğluna vəzifə verildi
24.07.2021

Şuşa Rayon Polis Şöbəsində (RPŞ) yeni kadr təyinatı olub.

Visiontv.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, polis kapitanı Səttar Məhərrəmzadə Şuşa Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Məhərrəmzadə Birinci Qarabağ müharibəsi zamanı "Daşaltı əməliyyatı"nda şəhid olan Nazim Məhərrəmovun oğludur.