Qərənfill barışının 50 illiyinə: Çiçəklər dünyanı xilas etmək iqtidarındadırmı?
26.04.2024

Bilmirəm, bəlkə də inandırıcı deyil. Amma hər halda qan tökülməsini əngəlləməyə qadirdilər. Fikrimcə ən etinasız insan belə güllərin yaratdığı xoş ovqatdan öz təbəssümünü əsirgəməz. Eynən ən sərt xarakterli fərdlər çiçək yağışının sözsüz və səssiz musiqi lirzmi olduğunu hiss etməmiş deyil. Ancaq bir tarixi həqiqət də var ki, bayraqlarına al və ağ qızılgül simvol edib müharibə edənlər də olub. Al qızılgüllərlə ağ qızılgülləri qarşı-qarşıya qoyub qan töküblər. Xəstə insan psixası ən zərif çiçəklərdən olan edelveysi məkr planına ad seçib.

25 aprel 1974-ci ildə 45 illik diktatur rejmə qarşı, lüləsindən ölüm odu saçan silahları susmağa məcbur edən qərənfillər isə böyük bir inqilabın qansız qalibiyyətinə rəvac verdi. 1974-ci ilin lissabon inqilabı təkcə Portuqaliyada deyil, eləcə də bu ölkənin Qiveniya-Bissaudakı, Anqoladakı müstəmləkələrində azadlıq hərəkatlarının qələbəsini təmin etdi. Priney qərənfillərinin susdurduğu silahlar Afrikada minlərlə günahsız insanlara sözün əsl mənasında həyat verdi. Qərənfil İnqilabı həm də 80-ci illərin Şərqi Avropasında Qızılgül inqlabları üçün bir örnək oldu. Çexiyada, Slavakiyada, Polşada, Macarstanda silahlarla güllərin “öpüşü” qan içində boğulan 1956-cı ilin Buxarest, 1968- ci ilin Praqa hadisələrini təkrarlanmasına yol vermədi.

Amma təəssüflərsiz də ötüşmək mümkünsüz. Güllər 9 aprel Tibilisi qətlyamına mane ola bilmədi. Kreml cəlladlarının 20 yanvar Bakı fətvasına sipər olmağı bacarmadı. Həmin o məşum gecədən sonra qərənfil buketləri Moskva salonlarında Sofiya Ratarunun çıxışlarını alqışlamadı bir daha. Günahsız insanların qatil gülləsindən şəhidliyinə baş əydi qərənfillər. Abşeron gülləri ümman dalğasına dönüb şəhid ruhuna ehtiram bəlgəsinə çevrildi.

Bu gün Qərənfil İnqilabının növbəti il dönümündə güneyimizdəki olayların qansız ötüşməsini arzu edirik. Sirr deyil ki, artıq aylarladı güneyimizdə inqilabi proseslər gedir. Kaş Təbrizdə, Xoyda, Ərdəbildə, Qaradağda, Makuda azad olmaq istəyən, bir olmaq istəyən xalqa qarşı silahları güllər susduraydı.

Kaş qərənfillərin göz yaşları ilə güneyimiz islanmayaydı. 28 il ləçəyindən qan daman xarıbülbülümüz Şuşada üçüncü baharını güldüyü kimi qərənfillərimizin də Təbrizdə üzü gülsün. Onda bütün şəhidlərimizin ruhu gülümsəyər.

Pərviz Yəhyalı

visiontv.az