Ermənilər Tehranda soyqırım tədbiri keçiriblər
25.04.2024

Ermənilər soyqırımı bəhanəsi və İran hakimiyyətinin dəstəyi ilə Tehranda keçirdikləri tədbirdə türklərə və Türkiyyə qarşı düşmənçilik mövqeyindən çıxış ediblər.

İran erməniləri, hər il olduğu kimi, aprelin 24-ü uydurma olan ermənilərin  soyqırımı barədə Tehranda  yanında toplaşaraq tədbir keçiriblər.

İran dövlətinin rəsmən məqsəd yönlü icazə verdiyi həmin siyasiləşdirilmiş tədbir Tehran şəhəri Müqəddəs Sarkis Kilsəsində “ermənilərə soyqırım abidəsi” yanında keçirilib. 

İran erməniləri hər il qondarma soyqırımı barədə Tehran və İsfahan şəhərlərində tolaşaraq siyasi tədbirlər keçirirlər. 
Hakimiyyət onlar üçün lazım olan bütün şəraiti hazırlayır və media vasitəsi ilə təbliğat olunaraq ermənilərin iştirakını gücləndirir. 

Hakimiyyət belə bir şəraiti ermənilərə hazırladığına rəğmən ermənilər tərəfindən Qrabağda azərbaycanlılara qarşı törədilən qoyqırm barədə hər hansı tədbirin keçirilməsinə icazə vermir.

Tehran Universitetinin müəllimi və siyasi aktivist Sadıq Zibakalam İranın belə bir ikili standardına əvvələr mövqe bildirib.

“Bu tədbirlərə İran dövləti tərəfindən icazənin verilməsi insansevərliyə görə deyil. Bu icazələr Tehranın Akaraya qarşı kini olduğuna görədir” Zibakalam deyib. 

Xatırladaq ki, ermənilər Qərb dövlətlərinin dəstəkləməsi ilə Birinci Dünya Müharibəsi zamanı “Böyük Ermənistan” ölkəsinin yaradılması xülyası ilə Güney Azərbaycanın Salmas, Urmu, Xoy şəhərləri, həmçinin Türkiyənin şərqində soryrım ediblər.

Hal hazırda isə özlərinə bəraət qazandırmaq məqsədi ilə dünyada təbliğat apararaq ermənilərin soyqrıma məruz qaldığını iddia edirlər. 

visiontv.az