Rusiya Ermənistanı maliyyə və silahla təmin edir ki, Azərbaycanla razılaşmaları pozulsun
Rusiya Ermənistanı maliyyə və silahla təmin edir ki, Azərbaycanla razılaşmaları pozulsun
19.09.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiyanın Ermənistana Smerç və digər silahlar göndərməsi, əvvəlki razılaşmalar əsasında həyata keçirilsədə bu Kremli Yerevana jestidir. Rusiya Ermənistana iqtisadi və hərbi yardımlar etməklə, öz orbitində saxlamağa çalışır.

Rusiya Ukrayna müharibəsi fonunda mərmi və silahları İrandan, Şimali Koreyadan alan Moskvanın Ermənistana silahlar göndərməsi Cənubi Qafqazda mövqeyini qorumaq və Azərbaycanla sülhə mane olmağı planlaşdırır. Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 16 milyarda yaxınlaşir.

Bu, Rusiyanın Ermənistanla iqtisadi və ticarət əlaqələrindən irəli gəlir. Ermənistan Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvülüyün geri dönüşün olmayacağı mərhələsinə gəldiyini qeyd edib. Göründüyü kimi, N. Paşinyan anti-Rusiya ritorikasını davam etdirir. Amma, Kreml durmadan bu ölkəyə yardımlar edir.

Bu gün Ermənistan Qərb və Rusiya tərəfindən kifayət qədər dəstəklənir. Ermənistanın kifayət qədər maliyyə imkanlarına sahib olması və silahlara təchiz olunması, Yerevanin sonda danışıqları pozması ilə nəticələnə bilər. Bu da Moskvanın siyasətidir. Rusiya Azərbaycanla Ermənistan arasında sülhün əleyhinədir. Var qüvvəsi ilə Ermənistanı maliyyə və silahla təmin edir ki, Azərbaycanla razılaşmalar pozulsun.

Məhəmməd Əsədullazadə

visiontv.az