Qarabağ Universitetinin Bakıda filialının yaradılması nəzərdə tutulmur
10.12.2024

"2025-2027-ci illər ərzində Xankəndi, Şuşa və Xocalıda Qarabağ Universitetinin filiallarının yaradılması nəzərdə tutulur".

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunujurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Xankəndidə işlərimiz davam edir. Musiqi və incəsənət, turizm fakültəsinin burada olması, həmçinin Şuşada turizm fakültəsinin, Xocalıda isə kənd təsərrüfatı fakültəsinin yaradılması planlaşdırılır. Qarabağ Universitetinin Bakı şəhərində filialının yaradılması isə hələ ki nəzərdə tutulmur”.