Pezeşkian Məhəmməd bin Salmana deyib ki, biz heç bir ölkə ilə müharibə etmək fikrində deyilik
06.04.2025

İran prezidenti Ərəbistan vəliəhdi ilə telefon söhbətində belə deyib: İran İslam Respublikası heç vaxt müharibə və toqquşma ardınca olmayıb. Nüvə enerjisindən qeyri-dincməqsədli istifadəyə də, heç bir vəchlə təhlükəsizlik və müdafiə doktrinamızda yer yoxdur

Məsud Pezeşkiyan dünən axşam Məhəmməd bin Salman Ali-Səud-la telefon danışığında öncə onu, Ərəbistan kralını və bu ölkə xalqını səadətli Fitr bayramı münasibətilə təbrik edib. Bildirib ki, mübarək Ramazan ayı, müsəlmanların ortaqlıqlarının xatırlanması üçün bir fürsətdir.

İslami ölkələr həmin ortaqlıqlara söykənmək, habelə, bir-biriləri arasında vəhdət və birliyi gücləndirməklə, sülh, təhlükəsizlik və tərəqqini özləri və region üçün ən yüksək səviyyədə təmin edə bilərlər- deyə, Pezeşkiyian bildirib.

Əgər müsəlmanlar əl-ələ verərlərsə, Fələstin və Qəzzə əhalisi də daxil olmaqla, bəzi islami ölkələrə qarşı zülm və cinayətin qarşısını ala bilərlər- deyən İran prezidenti söyləyib: Əminəm ki, islami ölkələr qarşılıqlı əməkaşlıqla, təhlükəsizlik və rifahı ən yaxşı formada regiona töhfə verə bilərlər.

İran prezidenti daha sonra vurğulayıb: İran İslam Respublikası heç vaxt müharibə və toqquşma ardınca olmayıb. Nüvə enerjisindən qeyri-dincməqsədli istifadəyə də, heç bir vəchlə təhlükəsizlik və müdafiə doktrinamızda yer yoxdur.

İran İslam Respublikasının nüvə fəaliyyətlərinin ötən illərdə olduğu kimi, tam şəkildə yoxlanılması imkanı var- deyən Pezeşkiyan əlavə edib: İran İslam Respublikası qarşılıqlı hörmət və maraqlar əsasında bəzi gərginliklərin aradan götürülməsi sahəsində dialoqa və anlaşmaya hazırdır.

Biz heç bir ölkə ilə müharibə fikrində deyilik, amma özümüzü müdafiə sahəsində də əsla tərəddüd etməyəcəyik. Bizim bu sahədəki hazırlıq və qabiliyyətlərimiz ən yüksək səviyyədədir-deyə, İran prezidenti vurğulayıb.

Ərəbistan vəliəhdi də bu telefon danışığında qarşılıqlı olaraq, səadətli Fitr bayramı münasibətilə, İran prezidenti və xalqını təbrik edib.

Doktor Pezeşkiyanın müsəlman ölkələr arasında birliyin gücləndirilməsi sahəsindəki mövqe və yanaşmalarını yüksək qiymətləndirən Məhəmməd bin Salman Ali-Səud, regionun və islami ölkələrin vəziyyətini analiz edib. Bildirib ki: İran, Ərəbistan və digər region ölkələri arasında əməkdaşlıq, sülhün bərqərar olması və sabitliyin güclənməsinə təsirli kömək edə bilər.

Ərəbistan regionda hər hansı gərginlik və əmin-amansızlığın aradan qaldırılmasına kömək sahəsində rol oynamağa hazırdır- deyə, Ərəbistan vəliəhdi bildirib.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8