Paşinyan Zəngəzur dəhlizinin açılmasına etiraz etmirsə, Tehranın cavabını verməlidir
Paşinyan Zəngəzur dəhlizinin açılmasına etiraz etmirsə, Tehranın cavabını verməlidir
03.10.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyini ortaya qoydu.

Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasında qeyd edib ki, insanların, nəqliyyat vasitələrinin və malların sərbəst, təhlükəsiz hərəkətinə tam zəmanət verir. Üçüncü ölkələrin dəhlizə nəzarəti ilə razılaşmır və hərhansı bir sənəddə qeyd edilməyib.

Artıq N.Paşinyan Zəngəzur dəhlizinin açılması ilə razılaşıb, amma Rusiyanın bu dəhlizə nəzarət etməsini istəmir. Əgər, N. Paşinyan bu yolun açılmasına etiraz etmirsə, Tehranın spekulyasiyalarına cavab verməlidir.

Qeyd edim ki, İranın vitse-prezidenti bu iclasda iştirak edir. Zəngəzur dəhlizi ilə bağlı Ermənistan və İran arasında danışıqlarin olması istisna deyil. Rəsmi Tehran Zəngəzur dəhlizi ilə bağlı qeyri-konstruktiv mövqeyindən geri çəkilməsi mümkün görünür.

Zəngəzur dəhlizinə nəzarəti sonunda Ermənistan və Azərbaycan təhlükəsizlik qüvvələri özləri nəzarət edəcək. Ne beynəlxalq təşkilata, nə də hərhansı bir dövlətə bu yola nəzarət etmək səlahiyyəti verilməyəcək. Sadəcə, Ermənistanla bu xüsusda sülh müqaviləsi bağlandıqdan sonra, texniki şərtlər razılaşdırılmalıdır. Xüsusilə, Ermənistanın təhlükəsizlik işçisi ilə Azərbaycan vətəndaşının dəhliz boyu təması olmamalıdır.

Məhəmməd Əsədullazadə, MCP Başqan müavini

visiontv.az