Parisdə Makronun həyat yoldaşına kişi deyən qadınlara hökm oxunacaq
12.09.2024

Parisdə Makronun həyat yoldaşına kişi deyən qadınlara hökm oxunacaq.

BAKU.WS "CNews" telekanalına istinadən xəbər verir ki, həmin qadınlardan biri Amandine Rua təxəllüsü ilə tanınan ekstrasens, digəri isə jurnalist Nataşa Reydir.

Məhkəmə prossesi sentyabrın 12-də yenidən keçirləcək. Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi doğulduğunu iddia edən iki fransız qadına hökm çıxaracaq.

Qeyd edək ki, 2021-ci ilin dekabrında Rey Nataşa YouTube şousunda verdiyi açıqlamada Briciti Makronun kişi olduğunu iddia edib. Hətta onun Cin Mişel Tronier adlı bir kişi olaraq doğulduğunu söyləyib.

Əslində Tronier Bricit Makronun qızlıq soyadıdır. Bu iddiadan sonra Makronun həyat yoldaşı həmin qadını məhkəməyə verib.

Ekstrasens və jurnalistin ilk məhkəməsi 2024-cü ilin iyununda baş tutub. Prezidentin həyat yoldaşı görüşdə iştirak etməyib. Rey də xəstəliyinə görə məhkəməyə gələ bilməyib.

Visiontv.az