Müdafiə naziri: “Torpağımızı təslim etməkdənsə, torpaq yeyərik”
23.10.2026

İranın müdafiə naziri Mehrdad Əxlaqi “X” hesabında ölkəsinin ərazi bütövlüyündən imtina etməyəcəyini bəyan edərək, müdafiə imkanlarının gücləndirilməsinin əsas prioritet olduğunu bildirib.

Nazirin sözlərinə görə, iş gününün ilk saatını İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin və İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin ehtiyaclarının qarşılanmasına həsr edib.

General qeyd edib ki, İrana qarşı davamlı təhdidlərə cavab söz mübahisələri ilə deyil, döyüş hazırlığının artırılması və müdafiə imkanlarının gücləndirilməsi ilə veriləcək.

“Biz yeni texnologiyalardan istifadə etməklə qarşıya qoyduğumuz hədəflərə çatmağa diqqət yetiririk. Torpağımızı təslim etməkdənsə, torpaq yeyərik”, – deyə nazir vurğulayıb.

visiontv.az