XİN rəhbəri: Hindistan Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinir
23.10.2026

Hindistan müxtəlif çoxtərəfli təşkilatların görüşlərində iştirak edir, elə bu yaxınlarda Bakıda AQEM-in sammitində də nümayəndə heyətimiz iştirak edib.

Bunu Hindistan xarici işlər naziri Subramanyam Cayşankar Bakıda  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Hindistan  Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinir. Nazir qeyd edib ki, bu, uzunmüddətli sülhün əldə olunması üçün şərait yaradacaq.

“Hindistanın mövqeyi aydındır: bütün münaqişələr dialoq və diplomatiya yolu ilə həll olunmalıdır”, - XİN rəhbəri əlavə edib.

Subramanyam Cayşankarın sözlərinə görə, Ceyhun Bayramovla qlobal münaqişələrin təsirlərini də müzakirə edib.

visiontv.az