Urmiya və Rəşt şəhərində yaşayan milli fəallar Tahir Salar Əfşar və Vədud Əsədi məhkəməyə çağırılıblar.
İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, bununla bağlı onlara bu gün Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi çağırış məktubu göndərib.
Fəallardan iki gün ərzində adı çəkilən məhkəmədə olmaları və barələrində irəli sürülən ittihamlarla bağlı müdafiə çıxışı etmələri istənilib.
Gilan əyalətinin Rəşt şəhərində yaşayan Vədud Əsədi cari ilin fevralında Təhlükəsizlik İdarəsinin məmurları tərəfindən saxlanılaraq Tehranın Evin həbsxanasının təhlükəsizlik bölməsinə köçürülüb.
O, martın 9-da 800 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
Salar Tahir Əfşar isə cari ilin fevral ayının 6-da təhlükəszilik məmurları tərəfindən Təbriz şəhərində həbs edilib və bir müddət sonra Evin Həbsxanasına köçürülüb.
O, fevralın 28-də 800 milyon tümənlik girov qarşılığında müvəqqəri olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
Hər iki fəal “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə əlbir olmaq və toplaşmaq”, "hökumət əleyhinə təbliğat"da günahlandırılıblar.
Qeyd edək ki, fəallar bundan əvvəl dinc fəaliyyətlərinə görə, bir neçə dəfə həbs ediliblər.
visiontv.az