Deyirlər, bir azərbaycanlı alim ucqar Afrika ölkələrinin birində müəllim işləyir. Günlərin bir bazar günü şagirdləri parka gəzməyə aparır və maraqlı bir oyun oynamağa dəvət edir.
Deməli, parkın kənarındakı böyük Baobab ağacının yanına meyvə səbəti qoyulur və uşaqlar 50 metr geri çəkilir. Oyunun mahiyyəti ondan ibarət olur ki, qaçaraq ağaca ilk çatan şagird mükafatlandırılır. Qalib içərisində şirin və dadlı meyvələr olan səbəti əldə edir.
Müəllim səbətin yanında dayanıb əlini qaldırır, “bir, iki, üç” sayında aşağı salır, uşaqlar əl-ələ verib birlikdə qaçmağa başlayır. Ağaca da birlikdə çatırlar, səbəti dövrəyə alırlar və meyvələri öz aralarında bölməyə başlayırlar.
Öz ölkəsində belə bir şey görməyən və təəccüblənən alim uşaqlardan niyə birlikdə qaçdıqlarını soruşur. Maraqlanır ki, niyə kimsə başqaları ilə yarışmaq, qalib olmaq və bütün səbəti almaq, evlərinə aparmaq istəmədi? Uşaqların cavabı xorla olur: "Obonato". Bu, onların dilində: "Mən varam, çünki biz varıq" deməkdir.
Deyirəm, evdə bişməyib, qonşudan gəlməyib, azərbaycanlı alim "Obonato"-nu hardan bilsin?!
Qalib Arif
visiontv.az