Aprel ayında Avropa Parlamentində yeni miqrasiya və qaçqın müqaviləsinin təsdiqindən sonra iranlı qaçqınların xüsusilə Almaniyadan deportasiyası prosesi sürətləndirilib.
Bu barədə "Peru Azul" Qaçqınlara Dəstək Təşkilatı məlumat yayıb.
Məlumatda bildirilib ki, sığınacaq almaq üçün yetərli dəlillər göstərə bilməyən iranlıların Almaniyadan qovulması halları artıb.
Bir sıra insan haqları təşkilatları isə son illər SEPAH və İranın təhlükəsizlik orqanlarına bağlı şəxslərin də qaçqın adı altında Avropaya göndərildiyinə diqqət çəkiblər.
Onlar həmin şəxslərin Avropa ölkələrinin təhlükəsizliyinə potensial təhdid olduqlarına görə, onların müəyyən edilərək deportasiya edilmələrini dəstəkləyiblər.
visiontv.az