İki il ərzində musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan bütün müəllimlərin bilik və bacarıqlarının ölçülməsi yekunlaşacaq.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı brifinqdə deyib.
O bildirib ki, fevral ayında Bakı şəhərində prosesə start veriləcək:
"Müəllimlərimizin bilik və bacarıqlarının ölçülməsinə çox ciddi ehtiyac var. 2025-2026-cı illərdə müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi yekunlaşacaq. Növbəti il üzrə isə Mədəniyyət Nazirliyinə aid sahələrdə müəyyən yoxlama prosesi olacaq".