Hizbullahın əlaqə sahəsindəki ehtiyaclarını təmin etmək üçün bir İran şirkəti Tayvandan 5 min peycer alaraq Hizbullaha verib.
Bu barədə keçmiş SEPAH üzvü və ekspert Məsud Əsədullahı deyib.
Onun İran televizya kanalında bu barədəki çıxışı geniş rezonans doğurub.
İran televizyasının xəbərlər bölümü məsələ ilə bağlı yaydığı məlumatda Əsədullahinin iddiasının əsassız olduğunu deyib.
Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda kibermüdaxilə nəticəsində müxtəlif rabitə qurğularında baş vermiş partlayışlarda ümumilikdə 879 nəfər həlak olub, 4500 nəfər yaralanıb.
Onlardan 131-i iranlı, 79-u yəmənli və 291-i Hizbullahın yüksək rütbəli üzvləridir.
visiontv.az