Həmədanlı fəal qeyri-müəyyən vəziyyətdə saxlanılır
23.12.2024

Həmədan əyalətinin Kəbudərahəng şəhərindən olan azərbaycanlı sosial media fəalı Mürtəza Xaki Həmədan həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Bu barədə insan haqları təşkilatları Xakinin ailəsinə istinadən məlumat yayıb.

"25 gün əvvəl həbs edilən Mürtəza Xakinin 1 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılması barədə qərar verilməsinə və ailəsinin bu məbləği təmin etməsinə baxmayaraq, müxtəlif bəhanələrlə onun sərbəst buraxılmasına maneçilik törədilir",- mlumatda bildirilib.

Mürtəza Xaki noyabrın 25-də Həmədan əyalətinin Kəbudərahəng şəhərinin təhlükəsizlik idarəsinə çağırıldıqdan sonra saxlanılıb və 3 gün sonra Həmədan şəhərinin həbsxanasına köçürülüb.

O, "islam inqilabının banisi və müqəddəsləri təhqir etmək"də günahlandırılıb.

Qeyd edək ki, Mürtəza Xaki həbs olunmadan əvvəl sosial mediadakı paylaşımlarına görə təzyiqlərlə üzləşib və İran Ali Məhkəməsi sentyabr ayından onun telefon nömrəsi və bank hesabının bağlanması barədə qərar çıxarıb. 

visiontv.az