Hazırda 473 məktəbin əsaslı təmirinə ehtiyac var.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.
“Bu, ölkədəki bütün məktəblərin 10%-ni təşkil edir. Bunlardan 123 məktəbdə təmir-tikinti işlərinin gələn ildə aparılması nəzərdə tutulub. Bu işlər mərhələli şəkildə davam etdiriləcək və 2028-ci ilədək tamamlanması planlaşdırılır”, - Baş nazir qeyd edib.