Niderland səfiri və səfirlik əməkdaşları İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub
10.03.2026

Niderlandın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan sərhədi ilə təxliyə olunub.

Bir qədər əvvəl səfir Emiel  De Bont və səfirlik əməkdaşlarının  Azərbaycan sərhədi ilə təxliyəsi təmin olunub.

Səfir  Emiel De Bont  Azərbaycan dövlətinə təhlükəsiz təxliyə üçün təşəkkürünü bildirib.

Bundan əlavə, gün ərzində 9 Əlcəzair diplomatı, 13  Azərbaycan, 13 Çin, 2 ABŞ, 1 Kanada, 2 Rusiya Federasiyası vətəndaşı və 1 Finlandiya  diplomatı  Astara dövlət sərhədindən buraxılış məntəqəsindən təxliyə olunub.

visiontv.az