Gəncədə mənzildə partlayış olub, xəsarət alan var
23.09.2024

Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

Partlayış zamanı 84 yaşlı Paxlina Orucovanın yüngül xəsarət aldığı bildirilir.

Hadisə yerinə FHN-in əməkdaşları və təcili-tibbi yardım briqadası cəlb olunub. Partlayışın təsirindən mənzilin pəncərələri qırılıb, nəticədə binanın qarşısında dayanmış “VAZ 2107” markalı avtomobilə ziyan dəyib.

Araşdırma aparılır.

Gəncədə mənzildə partlayış olub, xəsarət alan var - FOTO

Visiontv.az