Gəncə Dövlət Filarmoniyasında "Xalqın mədəni sərvəti" adlı tədbir keçiriləcək
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə aprelin 15-dən 20-dək "Xalqın mədəni sərvəti" layihəsini təqdim edəcək.
Visiontv.az AZƏRTAC-a istinadən xəbər verir ki, layihə görkəmli bəstəkar, Dövlət mükafatı laureatlı, "Şərəf nişanı" və "Şöhrət" ordenli Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunacaq.
Tədbir Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Konservatoriyası, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Şəki-Zaqatala, Şirvan-Salyan, Qazax-Tovuz Regional Mədəniyyət İdarələrinin təşkilatçılığı ilə keçirilir.
visiontv.az