G7 - Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ və Aİ - nümayəndələri Yaxın Şərqdəki müharibənin iqtisadi nəticələrini müzakirə etmək üçün çərşənbə günü videokonfrans rejimində görüşüblər.
Visiontv.az Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə CNN videokonfransın press-relizinə istinadən məlumat yayıb.
"G7 təhlükəsizlik şərtləri imkan verdikdə gəmilərin müşayiət olunması imkanını öyrənir, çünki İranla müharibə təchizat zəncirlərini pozur və gəmiçiliyi təhlükə altına alır", - deyə görüşün press-relizində bildirilir.
Qeyd olunur ki, hər hansı səy gəmiçilik şirkətləri, daşıyıcılar və sığortaçılarla müzakirə olunacaq.
ABŞ kəşfiyyat məlumatlarından xəbərdar olan CNN mənbələri bildiriblər ki, İran faktiki olaraq dünya enerjidaşıyıcıları təchizatı üçün əsas dəniz yolu olan Hörmüz boğazını bağlayıb, üstəlik, orada minalar yerləşdirib.
"G7 müharibənin iqtisadi nəticələri üzrə, o cümlədən fermerlərə təsir və ərzaq təhlükəsizliyi də daxil olmaqla, Fars körfəzi ölkələri ilə öz fəaliyyətini əlaqələndirməyə çalışacaq", - press-relizdə qeyd olunub.
visiontv.az