Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirilib
26.08.2026

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirilib.

Sərginin əsas konsepsiyası köhnə, zədələnmiş və istifadəyə yararsız xalçaların, xüsusilə Qarabağ xalçalarının rəngkarlıq vasitəsilə yeni sənət əsərlərinə çevrilməsindən ibarətdir.

Layihənin əsas hədəfləri mədəni irsin canlandırılması, Azərbaycan təsviri sənətinin təbliği və ictimaiyyətdə ekoloji məlumatlılığın artırılmasıdır.

Sərgi xalçaların təkrar istifadəsinin təşviqi ilə yanaşı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq istiqamətlərinə – “Dayanıqlı şəhərlər və icmalar”, “Məsuliyyətli istehlak və istehsal” və “İqlim üzrə fəaliyyət” məqsədlərinə də xidmət edir.

Nümayiş olunan əsərlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

visiontv.az