Fransa və İran prezidentlərini ABŞ-də bir araya gətirən onların Qafqazda sinxron fəailiyyətləridir
Fransa və İran prezidentlərini ABŞ-də bir araya gətirən onların Qafqazda sinxron fəailiyyətləridir
25.09.2024 Sahib Alıyev Tərəfindən

Fransanın Ermənistandakı səfirinin ən çox ünsiyyətdə olduğu həmkarları arasında birinci yerdə heç də hər hansı bir Avropa ölkəsinin deyil, İranınkının durduğu çoxdan bəllidir. O da bəllidir ki, Olivye Dekotini ilə Mehdi Sübhani bir-birilərini hələ Yaxın Şərqdən tanıyırlar və hər ikisi də ora hansı niyyətlə göndərilmişdilərsə, Ermənistana da eyni niyyətlə göndəriliblər.

Xatırlayırsınızsa, mən burada İrandakı rejimin "Kiçik Şeytan" adlandırdığı Fransayla Qafqazda sinxron çalışdıqlarını yazmışdım və çox ehtimal ki, hər iki ölkənin prezidentlərini ABŞ-də bir araya gətirən həm də bu sinxronluq, yeritdikləri hayalətli siyasətdir.

Onların məhz ABŞ-də görüşmələrinin özündə də bir rəmzlik var. Çünki Birləşmiş Ştatların regionumuzdakı proseslərə yanaşması İran və Fransanınkından elə də fərqlənmir. Ancaq Müzəffər Ali Baş Komandanımızın da bildirdiyi kimi biz bütün ssenarilərə hazırıq.

P.S. Paylaşdığım şəkillər bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) döyüş təyyarələrinin təqdimi zamanı çəkilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində artıq bu təyyarələrdən də var.

Millət vəkili Sahib Alıyev

visiontv.az