Fransa Prezidenti ilə Ermənistan baş nazirinin bənzərlikləri çoxdur
Fransa Prezidenti ilə Ermənistan baş nazirinin bənzərlikləri çoxdur
03.06.2023 Sahib Alıyev Tərəfindən

Ölkələrinin potensialına uyğun gəlməyən, reallığı özündə əks etdirməyən, ciddilik və məsuliyyət baxımından tutduqları postla heç uyğunlaşmayan açıqlamaları və nala-mıxa vurmalarıyla bir-birini təkrarlayırlar. Ancaq son zamanlar Paşiynan sanki bir az düzəlib. "Qarabağ Ermənistandır və nöqtə",- hayqıran bu adam Kişineudan dönəndən sonra böyük sevinc hissi ilə bildirir ki, Azərbaycan onun ölkəsinin torpaq bütünlüyünü deyəsən tanıyacaq. Türklər demişkən, "nereden nereye".

Makron isə yenə öz ampluasındadır. Kişineu görüşü öncəsi burada necə yazmışdımsa, elə də davrandı. Yelisey sarayı bildirir ki, Moldova paytaxtında gedən danışıqlarda "Tərəflər Dağlıq Qarabağ haylarının hüqüq və təhlükəsizliklərinin təmininin vacibliyini vurğulayıblar".  

Birincisi, maraqlıdır, tərəflər deyəndə kimlər nəzərdə tutulur? İkincisi, mən bilən orada Ermənistanın Fransadakı anlklavlarında məsələn,  Marseldə yaşayanların da hüquq və təhlükəsizliklərin təmini məsələsi qaldırılıb, bəs Yelisey sarayının açıqlamasında bu niyə öz əksini tapmayıb?

P.S. Marselin Ermənistanın  anklavı kimi təqdim edilməsinə təəccüblənməyin, Fransanın xarici işlər naziri Qarabağı belə adlandırırsa, məncə, biz də onun ölkəsində hayların cormalaşdıqları yerləri o cür adlandırmalıyıq.

Millət vəkili Sahib Alıyev

Visiontv.az