Fransa ilə ortaq məqsədimiz İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır
06.04.2025

İsrailin xarici işlər naziri Gideon Saar deyib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq İsrailin və Fransanın ortaq məqsədidir.

GünazTV İsrail mediasına istinadən xəbər verir ki, Saar Fransanın paytaxtı Parisdə Fransa xarici işlər naziri Jan Noel Barrot ilə görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında Saar deyib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq İsrail və Fransa üçün ortaq məqsəddir. İranın təkcə İsrail üçün deyil, bütün region üçün təhlükə yaratdığını bildirən Saar bu çərçivədə Fransa, İngiltərə və ABŞ ilə daim əlaqədə olduqlarını bildirib.

İsrail və İran arasında münaqişə ehtimalı ilə bağlı şərh verməkdən imtina edən Saar deyib: “Biz diplomatik əlaqəni istisna etmirik”. Saar deyib ki, iranlılar ABŞ-la birbaşa danışıqlara hazır olduqlarını açıq şəkildə bəyan ediblər və bu danışıqlar başlasa, təəccüblənməyəcək.

Saar İran, Hizbullah və Həmas arasında əməkdaşlıq olduğunu bildirərək, bu əməkdaşlığın İsrail və vətəndaşlarına qarşı fəaliyyət göstərməsinə icazə verməyəcəklərini vurğulayıb.

İsrail Xarici İşlər Nazirliyinin bəyanatına görə, “Biz sabah müharibəni bitirməyə hazırıq və həll yolu sadədir: Girovlar evə, Həmas çölə”, - Saar bildirib.

Saar, ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun təklifi əsasında Qəzzada atəşkəsin uzadılması və məhbusların azad edilməsi üçün hələ də danışıqlar aparmaq şansı verdiklərini, lakin bu danışıqların müddətsiz olmadığını bildirib.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8