FHN-in amfibiya tipli təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınları ilə mübarizəyə cəlb olunub
Videonu Aç
07.09.2024

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bu barədə Visiontv..az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Əməliyyat çərçivəsində təyyarə İzmir-Berqama istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.