Bir durub "mən ateistəm" deyir, biri "teistəm" deyir, bir də ...
20.12.2024

Bu ifadələri söyləyənlər ya xəstədir, ya dəlidir, ya da yalançıdır, əsası "Axmaq"dır.

Dini sən seçmirsən, sən Din seçmə qərarını verə bilmək iradəsinə sahib deyilsənsə "Mən" dediyinin "Sən" olduğunu hardan bilə bilərsən?

Din dili seçər, din dilin içindədir, dilə aiddir.

Danışdığın, münasibət qurduğun, ünsiyyət yaratdığın Dil Dinin daşıyıcıdır, qoruyucusudur və qurucusudur.

Din təsisdir, dil təmsildir.

Dinin təsis etdiyi təsəvvürü Dil təmsil edir və kimliyi öz dairəsində hərəkətə bağlayır.

Mən ruscanı atamdan öyrəndim, ruscanı istifadə dili et, dedi. Öz dilin isə ifadən üçündür, deyərdi. Özünü "ifadə etmək" istəyirsənsə istifadə etdiyin dili təqlid etməyəcəksən, deyərdi. Öz dilini təmsil edəcəksən.

Azərbaycanca mənim üçün təmsil dilidir,

Dinimin təsis etdiyi dünyanı danışıram, düşünürəm, yazıram.

Rusca mənim üçün istifadə dilidir, o dilin içində "slavlaşdırılan pravo"nun ruslara nə qədər əzab verdiyini görürəm.

Rusca düşünənlərin içlərilərində yaşadığı cəhənnəmdən xilas ola bilmədiklərini anlayıram,

Dinimin Dilimi imana gətirməsindəki yaşananları isə rəhmətlə xatırlayıram.

Dil bizim içimizdəki cənnəti qoruduğu üçün Dinə borcludur,

Həyatımızın içindəki cəhənnəm isə ifadə edə bilmədiyimiz Dilin hərəkətsizlik halıdır.

Dilin əsası olan Cümlə Dinin təsis etdiyi təsəvürün cümləsidir, Sözlər, kəlmələr biri birinə Dinin cümlə qanunlarını təmsil edər.

Azərbaycancada ərəbcə, farsa, aramicə, rusca kəlmələr ola bilər, Cümləni bitirən əsas Dinin təmsil etdiyi dünyanın tamamlanmasıdır.

Yediyi yerlə kirlətdiyi yeri görməyən "Axmaq"ın dünyası yediyi və kirlətdiyi yer qədərdir,

Cümlə qura bilməz və Cümlə yarada bilməz.

Azərbaycancanın hələ Cümləsi yaranmayıb,

Yazılan "предложение"dir, "Cümlə" deyildir.

Ruscanın təklif olaraq təmsil ediyi bu hərəkətin içində bir də "ложь" var, biz onu "yalan" kimi tanıyırıq.

"Axmaq İvan"la "yalançı İvan"ın dilinin qanunları başqadır və təmsil etdiyi dünya başqadır, aldanmayın.

Azərbaycanca Dinini dəyişmədikcə,

Azərbaycanlılar Dilinin cümləsini əvvəl axır quracaqlar.

Bu qədər.

İdris Heydərli

visiontv.az