Beynəlxalq axtarışda olan Maqsud Mahmudov Ukraynada tutuldu
18.09.2021

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Visiontv.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub.
Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.