"Berlin uğrunda tarixi döyüşdə sonuncu gülləni qəhrəman Azərbaycan xalqının övladları atdı"
16.12.2025

Rəsmdə 1945-ci il mayın 2-də azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasının Berlinə daxil olmasından sonra 18-ci əsr aid olan Brandenburq qapısına Sovet bayrağı qaldıran şəxsləri görə bilərsiniz.

Şəkilin açıqlaması yoxdur.

Leytenant Ələkbər Məcidovun rəhbərliyi altında zabitlər Qəzənfər Məmmədov, Söhbət Əhmədzadə, Konstantin Berejnoy və Vladimir Andreyev. Azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyası Berlinə daxil olan dəstələrdən biri olub. Artıq 1945-ci ilin aprel ayının 21-də Berlinin çox hissəsi Sovet ordusunun əlində idi. Əsas döyüşlərin getdiyi yerlər Reyxstaq ətrafı və Brandenburq darvazası yanı idi. 1373-cü atıcı alayının pulemyot tağımının komandiri leytenant Ələkəbər Məcidov 416-cı Ddiviziyanın hücum qruplarından birinə rəhbərlik etmişdir.

Qeyd edim ki, ondan bir gün öncə, mayın 1-də saat 15:00-da baş leytenant Vahab Osmanov və kiçik çavuş V. Alekseenko Kayzer Vilhelm Sarayı üzərində qırmızı bayraq qaldırdılar. Baş leytenant Vahab Osmanov bu döyüşdə həlak oldu. Mayın 1-dən 2-nə keçən gecə 416-cı diviziyanın əsgərləri Opera Teatrını ələ keçirdilər və Brandenburq qapısına doğru irəliləməyə davam edərək Reyxsbankı arxadan basqın etdilər və bir neçə saatlıq döyüşdən sonra Reyxsbankı tamamilə ələ keçirdilər. Brandenburq qapısına doğru irəliləyən 1373-cü alayın əsgərləri Berlindəki keçmiş Sovet səfirliyini ələ keçirdilər.

Şərq-Qərb oxunda yerləşən Brandenburq Qapısı Hitlerin təbliğatında "əsl aryanlar" tərəfindən idarə olunan yeni bir dünyaya açılan qapı kimi istifadə olunurdu. Almaniyasının bu simvolunun ələ keçirilməsindən sonra almanlar kütləvi şəkildə təslim olmağa başladılar.

Alman ordusunun koordinasiyalı müqavimətinin son atəşləri Brandenburq Qapısı yaxınlığında atıldı. Sovet Ordusu tərəfindən ələ keçirildikdən sonra alman hərbi rəhbərliyi məğlubiyyətini etiraf etdi və döyüş əməliyyatlarından geri çəkildi.

Brandenburq qapıları önündə keçirilmiş mitinqdə general V.P.Züvanov çıxışında bu sözləri demişdi:

“Berlin uğrunda tarixi döyüşdə sonuncu güllə məhz burada – Brandenburq qapıları önündə atıldı. Bu sonuncu gülləni də məhz qəhrəman Azərbaycan xalqının övladları atdı”.

Sovet rəhbərliyinin cəhdlərinə baxmayaraq, Berlində Brandenburq qapıları üstünə Qələbə bayrağını ilk olaraq azərbaycanlıların sancdığı faktı dəyişməz olaraq qalır.

Qeyd edim ki, Aleksey Mixaylovun "Qrekovçuların Gəncliyi" rəsmində 1945-ci ilin may ayında Brandenburq Qapısında çəkilən köhnə cəbhə fotoşəklini rəngli boya ilə bərpa edib. Fotonun orjinalı olmadığı üçün, rəssamın əsərinə müraciət edilib.

Prof. Dr. Zaur Əliyev

visiontv.az