Rusiya Qara dənizdə xarici yük gəmisinə zərbə endirib, kapitan ölüb
23.09.2026

Sentyabrın 23-nə keçən gecə Rusiya ordusu Qara dənizdə Antiqua və Barbuda bayrağı altında üzən yük gəmisinə zərbə endirib.

"RBC-Ukrayna"nın Ukrayna Dəniz Limanları  Administrasiyasının (AMPU) mətbuat  xidmətinə və Odessa vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Kiperə istinadən yaydığı məlumata görə, hücum nəticəsində gəmidə yanğın baş verib və gəminin Ukrayna vətəndaşı olan kapitanı ölüb.

Digər ekipaj üzvləri Ukrayna Hərbi Dəniz Qüvvələrinin köməyi ilə təxliyə edilib.

Yanğın daha sonra söndürülüb.

visiontv.az