Aşıqlı kənd sakinləri "Açıq mikrofon"a kökləndi
Aşıqlı kənd sakinləri "Açıq mikrofon"a kökləndi
05.12.2023 Azəriqaz Tərəfindən

Həftənin sayca 2-ci "Səyyar qəbul otağı" Göygöl rayonunda təşkil olunub. Gəncə RQİİ-nin rəisi giriş sözü ilə aksiyanı açıq elan etdikdən sonra mikrofon Aşıqlı kənd sakinlərinin ixtiyarına verilib.

Kamera önünə çıxanların əksər hissəsi uçotu pozulmuş təbii qaz sərfiyyatının silinməsini xahiş ediblər. Digər müraciətlərə gəlincə, bunlar bəzi hallarda kənddə qazın təzyiqinin zəif olması və tibb məntəqəsinin qazlaşdırılmasından ibarət olub. Sonuncu müraciət isə rayonun digər kəndinin sakinləri adından ünvanlanıb ki, bu da Üçqulağın qazlaşdırılması istəyidir. Gəncə RQİİ-nin rəhbər şəxsləri hər bir müraciəti qeydə alaraq aidiyyəti üzrə yönləndiriblər.

visiontv.az