Tehranın sabiq cümə imamı Kazım Siddiqi xalq arasında uzun illər “Ağlar ayəttullah” kimi tanınırdı. Lakin son dövrlərdə o, daha çox “Ağlar oğru Ayəttullah” ləqəbi ilə çağırılırdı — çünki milyardlarla dollarlıq maliyyə yeyintisi, dini mərkəzlərə aid torpaq sahələrinin qanunsuz satışı və bu yolla əldə edilən pulların öz övladlarının adına yatırılması ilə gündəmə gəlmişdi.
Nəhayət, bu fars mollasının rüsvayçılığı o qədər yayılıb və ictimai narazılıq o həddə çatıb ki, aylarla onu və onun kimiləri qorumağa çalışan Əli Xamenei belə bu dəfə geri çəkilməyə məcbur olub və Kazım Siddiqinin məcburi istefasını qəbul edib.
Bu, təkcə bir mollanın korrupsiyası deyil — bu olay vilayəti-fəqih rejiminin içindən çürüdüyünün, nəinki əxlaq və din, hətta öz yaratdığı “rəhbərlik konsepsiyası”nın belə tam iflasa uğradığının aydın sübutudur. Fars-molla rejimi artıq öz “ayətullah” oğrularını belə gizlədə bilmir.
Fars-şiə ideologiyasına söykənən bu rejim nəzarətdən çıxmış, çürümüş və kütlədən qopmuş bir sistemə çevrilib. Bu sistem nə hüquq tanıyır, nə əxlaq, nə də ədalət. Ona görə də öz daxilindən dağılmaqda olan bu rejimin süqutu artıq qaçılmaz bir həqiqətdə çevrilib.
Sadiq İsabəyli
visiontv.az