Meloni: İtaliya İsrail ilə müdafiə sahəsində əməkdaşlığı dayandırır
16.04.2026

İtaliya İsrail ilə müdafiə sahəsində əməkdaşlıq haqqında müqavilənin avtomatik uzadılmasını dayandırır. Bu barədə İtaliyanın baş naziri məlumat verib.

“Mövcud vəziyyəti nəzərə alaraq, hökumət İsrail ilə müdafiə sahəsində əməkdaşlıq sazişinin avtomatik uzadılmasından hələlik imtina etmək qərarına gəlib” - deyə İtaliyanın Baş naziri bildirib.

Müdafiə sahəsində əməkdaşlığın çərçivəsini müəyyən edən memorandum 13 aprel 2016-cı ildə qüvvəyə minib və hər beş ildən bir uzadılmasını nəzərdə tuturdu.

Bu qərar iki ölkə arasındakı hərbi-texniki əlaqələrin gələcəyinə təsir edə biləcək mühüm bir amil kimi qiymətləndirilir.

visiontv.az