Məsələn, körfəz müharibəsində 170 adda yeni silah sınaqları keçirilmişdi. Suriya müharibəsində isə müxtəlif ölkələr 300-dən yeni silahları sınaqdan keçirib.
Şimali Koreya isə gəmilərdən atılan qanadlı raketlərin və gəmi əleyhinə raketlərin sınağını keçirib.
Bu, İran müharibəsinin nəticələridir. Bir çox ölkələr müharibələrdən həm də yeni taktika və silah sistemlərini öyrənmək üçün istifadə edir. İran müharibəsi göstərdi ki, gəmi əleyhinə raketlər vacib silahlardır.
Böyük donanması olan dövlətlərə qarşı əsas silah sahildən və gəmilərdən atılan raketlərdir. İran bunu amerikalılara qarşı təcrübədən keçirdi. Koreyalılar və yəqin ki, digər sahil ölkələri də gəmi əleyhinə raketlərə diqqəti artıracaq.
Kənan Rövşənoğlu
visiontv.az