Erməni mətbuatı yazır: - "Rusiyaya ixrac edilən məhsullarla bağlı məlumatlar getdikcə daha çox narahatedici hala gəlir. Xüsusilə, bir neçə gün əvvəl məlum oldu ki, Rusiya spirtli içki və tütün bazarına nəzarət edən dövlət orqanı olan "Rosalkogoltabakkontrol" Ermənistan Bredi Proshyan Zavodunun lisenziyasının ləğvi prosesinə başlayıb və bu da zavodun Rusiyada məhsullarını satmaq hüququndan məhrum edilə biləcəyi deməkdir."
Artıq Rusiya Ermənistana qarşı çətin bir ssenariyə keçir: Məşhur "CERMUK" mineral suyunun Rusiyaya ixracı da qadağan ediləcək. Yeri gəlmişkən, məlumata görə, Rusiya İstintaq Komitəsinin məhz bu günlərdə "Cermuk" mineral suyu içdiyi iddia edilən Vladikavkaz sakininin ölümü ilə bağlı cinayət işinin yenidən açılması qərarına gəlməsi təsadüfi deyil.
Bütün bunlar və yaxın gələcəkdə Ermənistana qarşı tətbiq olunacaq yeni-yeni sanksiyaların əslində siyasi alt məna daşıya biləcəyi istisna edilmir.
İSMAYIL TANRIVERDİ, BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru.
visiontv.az