Qəzvin, Kərəc və Urmu şəhərlərinin həbsxanalarında 7 məhkum edam edilib.
Bu barədə insan haqları təşklatları məlumat yayıb.
Məhbuslar adam öldürmək və narkotik maddələrin alverində günahlandırılıblar.
Bununla da son bir ildə İran həbsxanalarında edam edilənlərin sayı 828-ə çatıb.
Edam sayının artması ilə eyni vaxtda BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Mey Sato bəyanat yayıb.
O, İran hökumətini edam cəzasını dayandırmağa, beynəlxalq ictimaiyyəti isə İran hakimiyyətinin insan haqları pozuntularının qarşısını almaq üçün aktivliyə çağırıb.
visiontv.az