1919-cu ilin yanvarında Britaniya Zəngəzur dəhlizi üzərində Azərbaycanın yurisdiksiyasını təsdiqləyib
12.10.2024

İsrailə məxsus "Jewish News Syndicate (JNS)" saytında gedən məqalədən bir sitat təqdim edirəm: " Zəngəzur marşrutu Azərbaycanı Ermənistan ərazisindən keçməklə Azərbaycanın anklavı olan Naxçıvanla birləşdirəcək. 1868-ci ildə Rusiya imperiyasının yaratdığı əyalət olan bu əraziyə Ermənistanın da, Azərbaycanın da iddiası var.

1919-cu ilin yanvarında o vaxt Azərbaycan üzərində mandata malik olan Britaniya Zəngəzur dəhlizi üzərində Azərbaycanın yurisdiksiyasını təsdiqləyib. Lakin 1920-ci ildə Sovet hakimiyyəti bölgəni nəzarətə götürdü və Azərbaycanla onun Naxçıvan eksklavı arasında quru əlaqəsini kəsərək ərazini yenidən Ermənistan Sovet Respublikasına verdi".

Mən bir dəfə bu barədə yazmışdım. Böyük Britaniya Zəngəzur torpağını Azərbaycan ərazisi kimi tanıyıb. Və heç bir vaxt da bu tanımadan imtina etməyib...

Təəssüf ki, Azərbaycan diplomatiyası göydəndüşmə olan bu faktdan gərəyincə yararlanmır. 

Bu faktı BMT-nin kürsüsündən səsləndirməlidir. Avropa İttifaqındakı önəmli görüşlərdə bu faktı dilə gətirmək lazımdır. Xüsusən ABŞ siyasətçilərinə bu faktı dönə-dönə xatırlatmaq gərəkir.

Bir daha xatırladım ki, 1919-cu ildə dünyanı idarə edən əsas ölkə Böyük Britaniya idi. Elə indi də Britaniyanın sözü hər yerdə keçir...

May be an image of map and text

P.S İsrail Zəngəzur dəhlizinə açıq şəkildə dəstək verən ölkədir. Zatən yazılan məqalədə birmənalı mövqe ortaya qoyulub...

Elbəyi Həsənli

visiontv.az