16 yaşlı qıza nişan etmək istəyənlərin qarşısı alınıb
21.07.2021

Bu gün Astara rayonunun Rüdəkəran kənd sakini, 2005-ci il təvəllüdlü Sumayyə Məmmədovanın özündən 14 yaş böyük bir şəxslə nişan mərasiminin keçiriləcəyi məlumatı yayılıb.

Visiontv.az xəbər verir ki, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova bildirib ki, kəndin icra nümayəndəsi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri və Rayon Polis Şöbəsinin əməkdaşları nişan mərasiminin keçirilməsinin planlaşdırıldığı rayonun Rüdəkəran kəndində Azad Məmmədova məxsus evə gediblər.

APA