104-cü kvartalda mövcud olan 300 evin mövcud olmayan qaz təminatı "Açıq mikrofon"da
104-cü kvartalda mövcud olan 300 evin mövcud olmayan qaz təminatı "Açıq mikrofon"da
29.02.2024 Azəriqaz Tərəfindən

Şəki şəhərində təşkil olunan "Səyyar qəbul otağı"na bu dəfə 104-cü kvartalın sakinləri təşrif buyurub.

300 evin adından ünvanlanan 15 sakinin müraciəti isə eyniyönümlü olub. Mikrofon önünə çıxan vətəndaşlar 104-cü kvartalın mavi yanacaqla təmin olunmasını istəyiblər. Zaqatala RQİİ-nin rəhbər şəxsləri qeyd ediblər ki, ölkə ərazisində qazlaşma  işləri plana uyğun olaraq mərhələli şəkildə aparılır və 104-cü kvartal da digər qazlaşmayan ərazilər kimi Birliyin diqqət mərkəzindədir. Sonda hər bir müraciətin qeydiyyatı aparılaraq aksiyanın Şəki şəhərindəki missiyasına yekun vurulub.

Visiontv.az